Gürcü futbolçu Çempionlar Liqasında oynayan klub arzulayır

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili klubu tərk etməyi planlaşdırır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, gürcü futbolçu UEFA Çempionlar Liqasında çıxış edəcək komandaya keçmək istəyir. “Valensiya” qolkiperi təxminən 20 milyon avroya satmağa hazırdır.

Daha əvvəl mətbuatda “Milan”ın futbolçu ilə maraqlandığı bildirilib.

Mamardaşvilinin klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər davam edəcək. O, bu mövsüm 32 matçda iştirak edib və 34 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button