
Maktominey İngiltərəyə qayıda bilər
“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Area Napoli” məlumat yayıb.
Hazırda Premyer Liqada turnir cədvəlinə başçılıq edən “Arsenal” 29 yaşlı futbolçunun transferində maraqlıdır. “Topçular” Maktomineyin keçidi uğrunda mübarizədə tək deyil. “Tottenhem” də onu heyətinə qatmaq niyyətindədir.
Şotlandiyalı yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Maktominey cari mövsümdə İtaliya A Seriyasında 23 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha əvvəl uzun müddət “Mançester Yunayted”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



