“Liverpul”un azarkeşi itkin düşüb

Çempionlar Liqasının Madriddə keçirilən “Liverpul”la “Tottenhem” arasındakı final matçından sonra “Liverpul”un bir azarkeşi itkin düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Makauli Neus adlı azarkeşdən oyundan sonra xəbər alınmayıb. 23 yaşlı gənc tərəfdar iyunun 1-də keçirilən final matçından sonra İngiltərəyə qayıtmalı idi. Lakin “Liverpul”un azarkeşləri ilə birgə qələbəni qeyd edən Neusu daha sonra görən olmayıb.

“Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button