“Mənimlə maraqlanan başqa kublar da var idi, amma…” – Remzi

“Yuventus”un yarımmüdafiəçisi Aaron Remzi açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “qoca sinyora”dakı hədəfləri barədə danışıb:

“Yuventus”a gəlməyimin əsas səbəbi Çempionlar Liqasında mübarizə aparmaq və qalib gəlməkdir. “Yuventus” Avropanın ən böyük klublarından biridir. Mənimlə maraqlanan başqa klublar da var idi, amma klub tarixi və futbolçuları nəzərə alınanda, məni ən çox istəyənin “Yuventus” olduğunu gördüm. Üstəlik, onlar son bir neçə ildə Çempionlar Liqasında da uğurlu çıxış edir.

“Yuventus”un ÇL-i qazanmasına kömək etmək istəyirəm. Bu klubda hər mövsüm bir neçə titul uğrunda mübarizə aparmağı arzulayıram”.

Uelsli futbolçu keçən ilin yayında “Arsenal”dan “Yuventus”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button