“Mən qalib gəlməyə hazıram” – Bellingem

“Real”ın yeni transferi Çud Bellingem növbəti mövsümlə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu özünü yaxşı hiss etdiyini bildirib:

“Özümü yaxşı hiss edirəm. Başlamağa hazırıq. Oynamağa hazıram, dizim artıq mükəmməl vəziyyətdədir.

Ən tez zamanda “Santyaqo Bernabeu”da azarkeşlərimizin önündə oynamaq istəyirəm. Mən qalib gəlməyə hazıram”.

Bellingem bir müddət əvvəl Dortmund “Borussiya”sından “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button