“Noyer döyüşçüdür, tezliklə qayıdacaq” – Keçmiş qapıçı

“Bayern”in keçmiş qapıçısı Zepp Mayer Münhen klubunun qolkiperi Manuel Noyerin ötən qış xizək sürərkən zədələndikdən sonrakı bərpa prosesindən danışıb.

Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, Mayer, Noyerin tez bir zamanda yaşıl meydanlara qayıdacağına əmin olduğunu bildirib:

“Noyerin “Bayern”lə mövsümə başlamaması gözlənilən idi. Onun zədə problemləri var idi. Amma onun bir neçə ayı buraxacağını düşünmürəm. Manuel döyüşçüdür, tezliklə qayıdacaq. Bir vaxtlar məndə də eyni problem var idi, beş həftəlik fasilə verməli oldum. Mən bunu futbol ictimaiyyətində başqaları kimi mənfi qarşılamıram. Noyer daha güclü qayıtmaq üçün kifayət qədər iddialıdır.

Mən onun geri dönəcəyinə tam əminəm. Sadəcə inanmıram, bilirəm. O, artıq yazanlara hər şeyi sübut etmək istəyir. Mən bundan narahat deyiləm. Noyeri yaxşı tanıyıram və onun oyununa hörmətlə yanaşıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button