
“Mən həmişə “Barselona”nın bir nömrəli azarkeşi olmuşam”
İtaliyanın “Komo” klubunun futbolçusu Serji Roberto “Barselona”dan ayrıldığı zamanı yada salıb. İspaniyalı oyunçu Kataloniya klubunda 18 ildən çox forma geyinib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ayrılığın çətin olduğunu söyləyib:
“Sevdiyim klubdan ayrılmaq çox çətin idi, bu klub bütün həyatımboyu mənim evim olub. Mən həmişə “Barselona”nın bir nömrəli azarkeşi olmuşam. Amma yeni bir təcrübə yaşamaq, fərqli bir mədəniyyət, fərqli bir ölkə ilə tanış olmaq istəyirdim”.
Roberto 2024-cü ilin yayında “Barselona”dan “Komo”ya keçib. 34 yaşlı futbolçu “Barselona”nın əsas heyətində ümumilikdə 373 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



