Məmmədyarov Nicat Abasova təşəkkür etdi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Məmmədyarov şəxsi “feysbuk” səhifəsində bu haqda yazıb və Abasovun gözəl şahmatçı olduğunu bildirib:

“Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək inanırıq və bir gözəl qələbə gözləyirik. Sənin yanında olmaq xoşdur. Uğurlar”.

Nicat Abasov 10-cu turdan sonra 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button