“Real”ın qapıçısı Premyer Liqaya üz tutmaq istəyir

“Real”ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin Madrid klubundan ayrılmağı düşünür. 25 yaşlı qolkiper tezliklə meydana qayıdacaq belçikalı həmkarı Tibo Kurtuanın kölgəsində qalmaq istəmir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Lunin “Mançester Yunayted”in onunla maraqlandığı Premyer Liqaya yollanmaq variantını nəzərdən keçirir. “Qırmızı şeytanlar” futbolçuya “Real”dakı sözləşmədən daha sərfəli müqavilə təklif etməyə hazırdır.

Lunin İspaniya çempionatının cari mövsümündə 20 oyun keçirib və 13 qol buraxıb. Ukraynalı qolkiperin “kral klubu” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button