
London klubundan növbəti transfer
“Tottenhem” “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesini heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Argentinalı futbolçu London təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və komandada 5 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Senesi 2022-ci ildə “Feyenoord”dan “Bornmut”a 12,6 milyon funt sterlinq qarşılığında keçib. O, müqaviləsini yeniləməkdən imtina edərək azad agent kimi “Tottenhem”ə qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



