Lloris Zidanı geridə qoydu, 4-cü oldu

Fransa millisi AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Moldovanı 4:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşma fransızların qolkiperi Uqo Lloris üçün əlamətdar olub. Belə ki, Moldova ilə matça start heyətdə başlayan Lloris, yığmada 109-cu oyununu keçirib. O, bununla da, Fransa millisində ən çox forma geyinən 4-cü futbolçu olub.

Lloris bu göstəricidə Fransa millisinin keçmiş üzvü Zinəddin Zidanı geridə qoyub. Hazırda “Real”ı çalışdıran mütəxəssis, futbolçu olaraq yığmada 108 oyun keçirib.

Fransa millisində ən çox forma geyinən futbolçu isə Lilian Türamdır. O, 142 dəfə yığmanın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button