“Liverpul”un Konatenin yerinə 4 namizədi var

“Liverpul” müdafiə xəttində ciddi dəyişikliklərə hazırlaşır.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, İbrahima Konatenin karyerasını “Real”da davam etdirməsindən sonra mersisaydlılar onun yerini doldurmaq üçün yeni mərkəz müdafiəçisi axtarışına çıxıblar.

“Qırmızılar”ın transfer siyahısında dörd namizəd yer alır. Bunlar Lissabon “Sportinq”inin futbolçusu Qonsalo İnasio, “Napoli”nin müdafiəçisi Sem Bokema, “Tottenhem”in oyunçusu Luka Vuşkoviç və “Nottingem Forest”in rənglərini qoruyan Murillodur.

Klub rəhbərliyi yaxın vaxtlarda bu namizədlərdən biri ilə bağlı yekun qərar verməyi planlaşdırır.

“Liverpul” ötən mövsüm İngiltərə Premyer Liqasını 60 xalla turnir cədvəlinin 5-ci pilləsində başa vurub. Yeni mövsümdən etibarən komandanı ispaniyalı mütəxəssis Andoni İraola çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button