“Yeni mövsümdə Çempionlar Liqasında ola bilməsək…” – “Liverpul”un futbolçusu

“Liverpul”un futbolçusu Endryu Robertson açıqlama verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı şotlandiyalı müdafiəçi “Daily Mail” nəşrinə açıqlamasında “Liverpul”un bu mövsümkü çıxışından danışıb:

“Liverpul” Çempionlar Liqasına getmək üçün mübarizə aparır. Bu il 1/4 final mərhələsində dayandıq və turnirdən çıxdığımız üçün məyus olduq. Son dörd ildə iki dəfə bu turnirdə final oynamışıq. Ötən il İngiltərə Premyer Liqasını rahat qazandıq. Yeni mövsümdə Çempionlar Liqasında ola bilməsək, bu, klub üçün böyük zərbə olacaq.

Sona qədər mübarizə aparacağıq. Qalan beş matçda qələbə qazansaq belə, bu, Çempionlar Liqası üçün yetərli olmaya bilər. Buna baxmayaraq, biz qələbələr qazanıb, rəqiblərimizi təzyiq altında saxlamalıyıq”.

“Liverpul” Premyer Liqada 6-cı sıradadır. Robertson bu mövsüm çempionatda 33 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button