Kloppdan “Fulhem” məğlubiyyətinə şərh

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 27-ci turunda “Fulhem”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:1 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Fulhem”in bizə problem yaradacağı bəlli idi. Oyunda yaxşı imkanları var idi. Belə bir komandanın Premyer Liqada olmasından razıyıq. Mövsümboyu oyunlarda sürətimiz azdır. “Fulhem” qələbəni daha çox istədi? Qalib gəldilər və bu istək normaldır. Bizim futbolçular da qazanmaq istəyirdilər, bunu bilirəm. Həqiqətən, kifayət qədər qol şanslarımız olur, vura bilmirik. Bu, problemdir.

Heyətdə məcburi dəyişikliklər edirik və yeni futbolçuların uyğunlaşması üçün zaman lazım olur. Gözləmədiyimiz anda qol buraxdıq. Özümüzü toparlayıb, qol vurmağa çalışdıq. İmkanlarımız oldu, ancaq dəyərləndirə bilmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button