“O, İngiltərənin ən yaxşı üç hücumçusundan biridir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 19-cu turunda “Lester”lə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, “tülkülər”in hücumçusu Ceym Vardi haqqında danışıb:

“Vardini dayandırmağa çalışacağıq. O, İngiltərənin ən yaxşı üç hücumçusundan biridir. Ona qarşı müdafiə olunmaq çox çətindir”.

Dekabrın 26-da keçiriləcək “Liverpul” – “Lester” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button