
“Liverpul”un əsas hədəfi odur
“Liverpul” yay transfer dönəmində hücum xəttinin cinahını gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar yeni vingerin transferi üçün 75 milyon funt-sterlinqə (təxminən 86 milyon avro) qədər vəsait ayırmağa hazırdır.
“Qırmızılar”ın əsas hədəfi Yan Diomandedir. Hazırda “Leyptsiq”də çıxış edən 19 yaşlı futbolçu klubun prioritet transfer namizədi hesab olunur.
Bununla yanaşı, PSJ-nin üzvü Bredli Barkola da “Liverpul”un izlədiyi oyunçular arasındadır. Daha bir alternativ isə yenə “Leyptsiq”də forma geyinən Antonio Nusadır.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 36 turdan sonra 4-cü pillədə qərarlaşıb. Arne Slotun komandası bu gün səfərdə əsas rəqiblərindən olan “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



