Asensio üçün 67 milyonluq təklif

İngiltərənin “Liverpul” klubu “Real”ın futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi, “kral klubu”nun 23 yaşlı  futbolçusu Marko Asensionu transfer etmək istəyir. Baş məşqçi Yurgen Kloppun qətiyyətlə istədiyi futbolçu üçün “Liverpul” Madrid təmsilçisinə 67 milyon funt-sterlinq təklif edib.

 “Real”ın baş məşqçisi Zinəddin Zidanın ispan futbolçunun oyunundan razı olduğu və onun komandada qalmasının tərəfdarı olduğu bildirilir.

İngiltərənin digər klubu “Tottenhem”in də Asensio ilə yaxından maraqlandığı deyilirdi.

2015-ci ildən “Real”da çıxış edən cinah futbolçusunun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button