“Liverpul”da ciddi itki

Niderland millisinin və “Liverpul”un müdafiəçisi Ceremi Frimponq növbəti dəfə zədələnib və bu, “qırmızılar” üçün ciddi itki sayılır.

25 yaşlı futbolçu Niderland millisinin Ekvador yığması ilə keçirdiyi yoxlama matçında ikinci hissənin əvvəlində meydana daxil olsa da, 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra niderlandlıların baş məşqçi Ronald Kuman Frimponqun zədələndiyini təsdiqləyib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Liverpul”u qarşıda vacib oyunlar gözləyir. Komanda aprelin 4-də, İngiltərə kubokunun 1/4 finalında “Mançester Siti” ilə üz-üzə gələcək. Daha sonra isə 8 apreldə PSJ-yə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçına çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button