“Liverpul” 150 milyon avro ödəməyə hazırdır – Uruqvaylı futbolçu üçün

“Liverpul” “Real”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 150 milyon avro ödəməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “kral klubu”ndan ayrılmaq istəmir. Öz növbəsində, “Real” da Uruqvay millisinin oyunçusunu satmaq fikrində deyil.

25 yaşlı Valverde 2016-cı ildən “Real”da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button