“Liverpul” onun üçün 68 milyon avro ödəməyə hazırdır

“Liverpul” “Napoli”nin müdafiəçisi Kim Min Jae ilə maraqlanır.

Komanda.az “FourFourTwo”-ya istinadən xəbər verir ki, mersisaydlılar cənubi koreyalı futbolçu üçün 68 milyon avrodan çox ödəməyə hazırdır.

Jae ilə PSJ və “Mançester Yunayted” də maraqlanır.

“Napoli” futbolçunu 2022-ci ilin yayında Türkiyənin “Fənərbaxça” klubundan 18 milyon avroya alıb.

Kim bu mövsüm İtaliya klubunda 35 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Napoli” 27 oyundan sonra 71 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button