
“Liverpul” Kyezaya qiymət qoyub
“Liverpul”un vingeri Federiko Kyeza yay transfer pəncərəsində komandadan ayrıla bilər. İtaliyalı futbolçunun yenidən vətəninə qayıdacağı ilə bağlı iddialar son illərdə olduğu kimi bu dəfə də gündəmdədir.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı oyunçunu təxminən 25 milyon avroya satmağa hazırdır. Futbolçunun durumunu A Seriyasının iki top-klubu – “Yuventus” və “Napoli” yaxından izləyir.
Kyeza 2024-cü ilin avqustunda məhz “Yuventus”dan “Liverpul”a keçib. İngiltərə klubu bu transfer üçün 12 milyon avro ödəyib. O, cari mövsümdə Arne Slotun komandasında bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



