“Liverpul” ispan futbolçu ilə anlaşdı

“Bavariya”nın yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Liverpul”un hədəfindədir. Mersisayd klubunun Alkantara ilə danışıqları davam etdirdiyi və artıq tərəflər arasında şəxsi razılığın əldə olunduğu bildirilir.

“Bavariya” futbolçunun təzminat məbləğini 35 milyon avro olaraq müəyyənləşdirib.

2013-cü ildən “Bavariya”da çıxış edən ispan futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button