“Liverpul” rekordunu yenilədi

“Liverpul” İngiltərə Premyer Liqasının 15-ci turunda “Everton”u məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:2 hesabıyla qələbə qazanan Mersisayd təmsilçisi şəxsi rekordunu yeniləyib. Belə ki, “Liverpul” ardıcıl 32 oyundur məğlub olmur. Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv bu oyunlarda 27 qələbə qazanıb, 5 dəfə isə heç-heçə edib.

“Liverpul” bununla da, klubun şəxsi rekordunu yeniləyərək, ən uzunmüddətli məğlubiyyətsizlik seriyasına nail olub.

“Liverpul” Premyer Liqada 43 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button