“Liverpul” 3 futbolçunun namizədliyini gözdən keçirir

“Liverpul” rəhbərliyi yeni mövsüm öncəsi heyəti gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin potensial transfer siyahısında bir neçə hücumameyilli futbolçu yer alır. Klubun əsas hədəflərindən biri Yan Diomandedir. “Leyptsiq”in vingeri “qırmızılar”ın diqqət mərkəzindədir.

Bundan başqa, Bredli Barkola da “Liverpul”un maraq dairəsindədir. İngiltərə klubu PSJ-nin yarımmüdafiəçisinin transfer imkanlarını araşdırır.

“Liverpul”un siyahısında yer alan digər futbolçu isə Krisenso Sammervildir. Hazırda “Vest Hem”in formasını geyinən hücumçu da yay transfer pəncərəsində komandanın yeni üzvlərindən birinə çevrilə bilər.

Qarşıdakı mövsümdən etibarən “Liverpul”u ispaniyalı mütəxəssis Andoni İraola çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçinin istəklərinə uyğun olaraq, heyəti gücləndirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button