“Liverpul” güclü olduğu üçün bacarmadıq” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı keçirdikləri oyunu (0:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çıxışlarının möhtəşəm olduğunu deyib:

“Möhtəşəm çıxışımız oldu, çünki oyunun çox hissəsində topu özümüzdə saxladıq. Sürətlə ayaqlaşmaq üçün dəyişikliklər etməyə çalışdım, lakin rəqib güclü olduğu üçün bacarmadıq. Fiziki cəhətdən çox yaxşı idik. Güclü komanda olduğumuzu təsdiqləyərək, pley-offa gedirik. Sadəcə daha yaxşı olmalıyıq”.

“Napoli” və “Liverpul” A qrupunda müvafiq olaraq birinci və ikinci yerləri tutaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Üçüncü yeri Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək “Ayaks” tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button