“Liverpul” Xabi Alonso ilə anlaşıb

“Liverpul” gələcək baş məşqçisi ilə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Klub rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə uğurlu danışıqlar apararaq əməkdaşlıq barədə razılıq əldə edib. 44 yaşlı məşqçi 2025/26 mövsümü başa çatdıqdan sonra Mersisayd təmsilçisinin “sükanı arxasına” keçəcək.

Alonso bu postda hazırkı baş məşqçi Arne Slotu əvəzləyəcək.

“Liverpul” hazırda Premyer Liqada topladığı 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün səfərdə “Qalatasaray”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button