“Liverpul” – 100!

“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turunda “Kristal Pelas”a 4:0 hesabıyla qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun “qırmızılar” üçün əlamətdar olub. Belə ki, komanda cari mövsümdə vurduğu qolların sayını 100-ə çatdırıb. “Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının oyunda 2-ci, mövsümdə isə 100-cü qolunun müəllifi olub.

“Liverpul” 3-cü mövsümdür ki, bütün turnirlər daxil olmaqla 100 qol həddini keçir.

31 turdan sonra 86 xal toplayan “Liverpul” əsas rəqibi “Mançester Siti”ni 23 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button