Liqa 1 klubundan yeni transfer

Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lill”dən ayrılan portuqaliyalı yarımmüdafiəçi Şekanı heyətinə cəlb edib.

Bu barədə “Renn”in rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Tam adı Migel Angel da Silva Roşa olan “Şeka” ləqəbli yarımmüdafiəçi “Braqa”nın yetirməsidir. Portuqaliyalı futbolçu 2017-ci ildən “Lill”in uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button