
Levandovski “Atletik”lə matça qoruyucu maska ilə çıxa bilər
“Barselona”nın hücumçusu Robert Levandovski martın 7-də “Atletik”lə keçiriləcək La Liqa matçında qoruyucu maska ilə meydana çıxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə göz çanağı sümüyündə sınıq aşkarlanan polşalı forvard “Barsa”nın tibbi heyəti ilə məsləhətləşmələrdən sonra bu variantı nəzərdən keçirir.
Klubun həkimləri ehtiyat məqsədilə 38 yaşlı futbolçunun bu gün “Atletiko” ilə keçiriləcək İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında iştirakına icazə verməyib. İlk qarşılaşma “Barselona”nın 0:4 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Levandovskinin “Atletik”lə oyunda meydanda olub-olmayacağı son tibbi yoxlamalardan sonra dəqiqləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



