“Barselona”nın prezidentindən futbolçulara dəstək

“Barselona”nın prezidenti Xuan Laporta mövsümün həlledici mərhələsi öncəsi komandanı motivasiya etmək üçün futbolçularla görüşüb.

Komanda.az xəbər verir ki, klub rəhbərinin paltardəyişmə otağına gəlişi barədə “Mundo Deportivo” məlumat yayıb.

Laporta oyunçular qarşısında motivasiya xarakterli çıxış edərək, onları kritik matçlara psixoloji cəhətdən hazırlamağa çalışıb. Baş məşqçi Hans-Diter Flik də bu addımın komandaya müsbət təsir edəcəyini düşünür.

Laportanın paltardəyişmə otağına daxil olması üçün xüsusi icazə tələb olunub. O, martda yenidən prezident seçilməsinə baxmayaraq, vəzifəsinin icrasına iyulda başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button