La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Valensiya” klubu müdafiəçisi Hüqo Gilyamonla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 22 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin 30 iyunununa kimi nəzərdə tutulub.

Gilyamon “Valensiya”nın öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi bu komandada meydana çıxdığı 77 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya milli komandasında da 3 rəsmi matça çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button