La Liqa klubunda uruqvaylı forvard

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Penyarol”un uruqvaylı hücumçusu Qabriel Fernandesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

“Defensor Sportinq”in yetirməsi olan Fernandes karyerası ərzində “Serro Largo” və “Rasinq” (Montevideo) klublarının da şərəfini qoruyub geyinib. O, “Penyarol”da 2018-ci ilin yanvar ayından forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button