Oblak: “Bütün dünya Ronaldo və Messi haqqında danışırdı, amma…”

“Atletiko”nun qapıçısı Yan Oblak La Liqanın hazırkı səviyyəsini dəyərləndirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, sloveniyalı qolkiper çempionatda olan bütün komandaların çox yaxşı olduğunu bildirib:

“La Liqa indi əvvəlkindən qat-qat bərabərləşib. Bütün komandalar çox yaxşıdır və hər matç çox çətin keçir. La Liqa çox rəqabətlidir. Bütün dünya Kriştiano Ronaldo və Lionel Messi haqqında danışırdı, amma indi onlarsız La Liqa əvvəlkindən asan deyil. La Liqa hələ də çox rəqabətlidir, burada böyük oyunçular var”.

Oblak 2014-cü ilin iyulundan “Atletiko”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button