
“Kəpəz”dən “Tobol”a
“Kəpəz”in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub.
Komanda.az xəbər verir ki, belaruslu müdafiəçi karyerasını Qazaxıstanın “Tobol” komandasında davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb.
“Kəpəz” bu yay müqaviləsinin müddəti başa çatan futbolçuya yeni razılaşma təklif etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



