Azərbaycan millisinin sabiq futbolçusu: “Oğlum hazırda çox güclü komandada oynayır”

PSJ-nin vingeri Xviça Kvaratsxelianın atası Badri Kvaratsxeliya oğlunun “Arsenal”a mümkün transferiylə bağlı şərh verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun bir şayiə olduğunu və buna əhəmiyyət vermədiyini söyləyib:

“Oğlum hazırda çox güclü bir komandada oynayır. PSJ Kvaratsxeliyanı sevir və ona inanır. O, komandanın aparıcı oyunçularından biridir, niyə transfer olunmağı düşünməlidir? Klub onunla yollarını ayırmaq istəyirsə, transferi nəzərdən keçirə bilərik. Amma hazırda bu, müzakirə mövzusu deyil. Biz şayiələrə əhəmiyyət vermirik”.

Gürcü futbolçunun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. “Transfermarkt” oyunçunun bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirilir.

Badri Kvaratsxeliya vaxtı ilə futbolçu kimi Azərbaycan millisində və “Şəmkir”, “Kəpəz” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button