
Kuman: “Bir daha xatırladıram: tənqidlərə əhəmiyyət vermirəm”
Niderland millisinin baş məşqçisi Ronald Kuman komandanın dünya çempionatında mübarizəni dayandırmasından sonra ünvanına səslənən tənqidlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Mərakeş yığmasına uduzduqları (1:1, p. – 3:4) 1/16 final mərhələsinin oyundan sonra fikirlərini bölüşüb. O, yığmadakı taktiki qərarlarla bağlı müzakirələrə toxunub:
“Bütün Niderland deyirdi ki, beş müdafiəçi ilə oynamalıyıq. Biz beş müdafiəçi ilə oynadıq, amma yenə də tənqid olunduq. Bir daha xatırladıram: tənqidlərə əhəmiyyət vermirəm”.
ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



