Kroos onu “Real”ın “sükanı arxasına” gətirməyə çalışır

“Real”ın sabiq futbolçusu Toni Kroos keçmiş komandasının yeni baş məşqçi seçimində mühüm rol oynaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppu “kral klubu”na gətirmək üçün cəhd göstərir.

Klopp hazırda “Red Bull” sistemində çalışır və 2024-cü ildə məşqçilikdən uzaqlaşdıqdan sonra yenidən qayıtmağa isti yanaşmır. Buna baxmayaraq, “Real” onu baş məşqçi postu üçün əsas namizəd hesab edir və hazırkı çalışdırıcı Alvaro Arbeloa ilə yolları ayırmağa hazırlaşır.

Kroos Kloppa şəxsi təmaslarla təsir göstərməyə çalışır. O, razılıq versə, “Real” rəsmi danışıqlara başlayacaq.

Almaniyalı mütəxəssis yalnız bir klub üçün məşqçiliyə qayıtmağa hazır ola bilər: söhbət məhz “Real”dan gedir. Kroosun özü isə artıq klub strukturunda vəzifə almağa hazırdır və mövsümün sonunda bu barədə rəsmi açıqlama veriləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button