Krivotsyuk Cənubi Koreya klubuna keçidindən danışdı

Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna transfer edilən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk keçidi haqda danışıb.

Komanda.az xəbər verir ki, Polşa “Visla”sından (Plotsk) “Tecon Xana Sitizen”ə keçən 25 yaşlı müdafiəçi Cənubi Koreya klubunun rəsmi saytına açıqlamasında bunları deyib:

“Komandamın yüksək hədəflərə çatması üçün əlimdən gələni edəcəm. Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.

Krivotsyuk “Visla”ya 2021-ci ilin yayında “Neftçi”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button