Kristian Eriksen xəstəxanadan evə buraxıldı

Futbol üzrə Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen xəstəxanadan evə buraxılıb.

Komanda.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq üçün əməliyyat olunan 29 yaşlı futbolçunun özünü yaxşı hiss etdiyi bildirilib. Xəstəxanadan çıxan futbolçu əvvəlcə milli komandanın düşərgəsinə baş çəkib, onları AÇ-2020-dəki son oyunda qazandıqları qələbə münasibətilə təbrik edib. Daha sonra o, ailəsinin yanına yollanıb.

Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.