Kristian Efros: “Neftçi”nin hücum xətti təhlükəlidi”

Moldovanın “Speranta” klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“Bizim üçün vacib oyundu. İlk dəfədi ki, avrokuboklarda çıxış edəcəyik. Ciddi hazırlaşmışıq. Gücümüzü göstərməyə çalışacağıq”.

Efros bildirib ki, “Neftçi”nin hücum xətti daha təhlükəlidi:

“Əsasən bundan qorxmalıyıq. Rəqibin müdafiəsindəki zəif cəhətlərdən istifadə etməliyik. Hər bir matçda özümüzü favorit sayırıq. Hətta “Real Madrid”lə görüşsək də…”.

Efros “Neftçi”nin qalib gəlməsini gözlənilməz adlandırıb. O, əsasən öz komandası ilə bağlı sualların verilməsini istəyib. Mütəxəssis “Neftçi”nin baş məşqçisi Roberto Bordin barədə də danışıb:

“Onun işlədiyi “Şerif”lə “Neftçi”nin oxşar cəhətləri var. Baş məşqçinin öz mentaliteti mövcuddu. Onun barədə hər şeyi yaxşı bilirik. Bordin də bizi tanıyır. Hər ikimiz eyni vəziyyətdəyik”.

Moldovalı məşqçi “Neftçi”nin forvardı Baqali Dabonun oynamamasına da toxunub: “Onun olmaması üstünlük ola da bilər, olmaya da bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button