Koutinyonun “Barselona”da yeni forma nömrəsi

“Barselona”ya qayıdan Filippe Koutinyonun Kataloniya klubundakı yeni forma nömrəsi müəyyənləşib.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bundan sonra “14” nömrəli forma ilə çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koutinyo əvvəllər “7” nömrəli formanı geyinirdi. Həmin nömrə isə hazırda Antuan Qrizmanndadır.

Qeyd edək ki, Koutinyo geridə qalan mövsümü icarə əsasında “Bavariya”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button