“Sevilya” “sükan”ı Konteyə tapşıra bilər

“Sevilya” baş məşqçi postu üçün Antonio Konteninin namizədliyini nəzərdən keçirir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İspaniya təmsilçisinin “sükanı arxasına” keçəcək baş məşqçilərin siyahısında Antonio Konte, Andre Villaş-Boaş, Andoni İraola, Xavi Qarsiya və Marselino Toral yer alıb.

Xose Luis Mendilibar oktyabrın 8-də “Sevilya”nın baş məşqçi postundan ayrılıb. Onun rəhbərlik etdiyi komanda bu mövsüm 2 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button