
Konfrans Liqası: “Zirə” bu gün “Torpedo” ilə qarşılaşacaq
“Zirə” bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin 1-ci təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Matçın baş hakimi finlandiyalı FİFA referisi Yuri Hüytiya olacaq.
Tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


