Konfrans Liqası: “Neftçi” iştirak ərizəsini açıqladı

“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. İştirak ərizəsində 23 futbolçu yer alıb:

Qapıçılar: 1.İvan Brkiç, 30.Aqil Məmmədov, 93. Rza Cəfərov;

Müdafiəçilər: 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 26.Ömər Buludov, 82.Rüfət Abbasov;

Yarımmüdafiəçilər: 5.Kenni Sayef, 7.Azər Əliyev, 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 14.Eddi İsrafilov, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 23.Ataa Caber, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli;

Hücumçu: 11.Qodsvey Donyo.

Bu komandalar arasında ilk oyun iyulun 21-də saat 21:30-da “AEK Arena”da, cavab matçı isə iyulun 28-də saat 21:00-da 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button