“Komandamın göstərdiyi oyuna görə qürur duyuram” – Arteta

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Tottenhem”ə 1:2 hesabı ilə məğlub olan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis, məğlub olduqları oyunla bağlı bunları deyib:

“Fərdi səhvlər oldu. Belə səhvlər zehni olaraq çox çətindir, psixoloji hala çox təsir edir. Komandada yorğunluq ola bilər, amma məğlubiyyətin bununla əlaqəli olmadığını düşünürəm. Komandamın göstərdiyi oyuna görə qürur duyuram. Bəzi nüanslarda daha da yaxşılaşmağımız lazımdır. İkinci hissədə bəzi şeyləri dəyişdirdik, daha yaxşı hücum etdik, amma qol vura bilmədik. On futbolçuyla hücuma keçmək asan deyil. Daha artığını edə bilər və imkanlarımızdan daha yaxşı faydalana bilərik.

Azarkeşlər üçün üzgünəm. Bu məğlubiyyətin onlar üçün nə mənaya gəldiyini yaxşı bilirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button