“Real”da itki – PSJ ilə oyunda olmayacaq

Kolumbiya millisinin düşərgəsində zədələnən “Real”ın futbolçusu Xames Rodriqesin durumu bəlli olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə AS nəşri məlumat yayıb. Xames “Real”ın Çempionlar Liqasında PSJ ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.

“Real” – PSJ matçı noyabrın 26-da keçiriləcək.

Xames bu mövsüm “Real”la 9 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button