Deşam Kollinanın nömrəsini axtarır

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Tunislə matçından sonra (0:1) FİFA-dan izahat gözləyəcəyini bildirib.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, buna səbəb, oyundan sonra hücumçu Antuan Qrizmannın qolunun ləğv edilməsi olub.

Deşam qolun sayılmamasına görə rəsmi cavab gözlədiyini bildirib:

“Reqlamentə uyğun olaraq, cavab gözləyirəm. Mən bütün qaydaları əzbər bilmirəm. Vəziyyəti müzakirə etmək üçün hakimə yaxınlaşdım. İndi rəsmi cavab gözləyirəm, amma hakimin nə dediyini deməyəcəm. Mən onu gözdən salmaq istəmirəm. Bir də, sizdə Pyerluici Kollinanın (FİFA-nın Hakimlər Komitəsinin sədri) nömrəsi var?”

Fransa millisi D qrupunda üç oyundan sonra 6 xal toplayaraq, qrup lideri kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda onlar Polşa yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button