“Bu yay çox maraqlı olacaq” – “Barselona” rəsmisi

“Barselona”nın direktoru Mateu Alemani növbəti transfer pəncərəsindəki planlarından danışıb.

Komanda.az “Movistar”-a istinadən xəbər verir ki, klub rəsmisi yayın çox maraqlı keçəcəyini söyləyib:

“Sizə deyə bilərəm ki, bu yay çox maraqlı olacaq”.

Öncədən “Barsa”nın PSJ-nin argentinalı hücumçusu Lionel Messini transfer etmək üçün La Liqa rəhbərliyindən təsdiq gözlədiyi haqda xəbər vermişdik.

“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 79 xalla birinci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button