Messi rəsmi təklif gözləyir

PSJ-nin hücumçusu Lionel Messi cari mövsümün sonunda “Barselona”ya qayıtmağa hazırlaşır.

Komanda.az “All About Argentina”-ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisindən müqavilə imzalamaqla bağlı təklif gözləyir. Rəsmi təklif alan kimi onu qəbul edəcək.

Öncədən “Barsa”nın argentinalı forvardı transfer etmək üçün La Liqa rəhbərliyindən təsdiq gözlədiyi bildirilirdi.

Son dünya çempionu ilə sözləşmə imzalamaq üçün İspaniya klubu bir neçə oyunçu ilə yollarını ayırmalı, eyni zamanda, digər futbolçuların maaşlarını azaltmalı olacaq.

35 yaşlı Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib. O, La Liqa təmsilçisinin heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button