Klub prezidentinin döydüyü hakim karyerasını bitirib

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını bitirib.

Komanda.az “aspor.com.tr”-yə istinadən xəbər verir ki, bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.

Onun “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığı bildirilir. Türkiyə Super Liqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.

Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt klubunun prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button